byAmrakhov
The Sound of Turkish Cinema
← Afişa

The Sound of Turkish Cinema

Iconic Soundtracks · Illuminated by Candlelight

Tarix
1 noyabr 2026
Bazar
Saat
21:00
təxminən 60 dəqiqə
Məkan
Beynəlxalq Muğam Mərkəzi
Bulvar, Bakı
Biletlər
iTicket.az
iTicket.az-da
Bilet al

Konsert haqqında

Bəzi melodiyalar sadəcə musiqi deyil — bir dövrün, bir hekayənin, bir hissin yaddaşımızda qalan səsidir.

Bu dəfə həmin melodiyalar ekranlardan çıxaraq yüzlərlə şamın işığında canlı orkestrin ifasında yenidən səslənəcək.

byAmrakhov Orchestra Türkiyə kino və seriallarının ən ikonik musiqilərini xüsusi orkestr aranjimanları ilə təqdim edəcək. Ezel, Muhteşem Yüzyıl, Kara Sevda, Diriliş Ertuğrul və digər məşhur ekran əsərlərinin yaddaşlarda qalan melodiyaları bir gecədə bir araya gələcək.

Gözlərinizi yumun və tanış melodiyanın ilk notlarını eşidin… Bir anda özünüzü sevdiyiniz serialın ən təsirli səhnəsində, illər əvvəl izlədiyiniz bir hekayənin içində hiss edə bilərsiniz.

Bu gecə ekran olmayacaq. Dialoqlar olmayacaq. Amma tanıdığınız hekayələri xatırladan musiqilər olacaq.

Bir gecə. Tanış melodiyalar. Minlərlə xatirə.

  • 🕯️ Şamların isti işığında
  • 🎻 Canlı simfonik orkestr ifası
  • 🎬 Türkiyə kino və seriallarından ikonik saundtreklər
  • 🏛️ Beynəlxalq Muğam Mərkəzinin xüsusi atmosferi