byAmrakhov
Muslim Magomayev
← Afişa

Muslim Magomayev

A Musical Tribute · Illuminated by Candlelight

Tarix
17 oktyabr 2026
Şənbə
Saat
21:00–22:00
60 dəqiqə, fasiləsiz
Məkan
Beynəlxalq Muğam Mərkəzi
Bulvar, Bakı
Biletlər
iTicket.az
iTicket.az-da
Bilet al

Konsert haqqında

Müslüm Maqomayevin repertuarından sevilən mahnılar — canlı orkestr və vokalın ifasında, yüzlərlə şamın işığında.

17 oktyabr tarixində Beynəlxalq Muğam Mərkəzində unudulmaz sənətkar Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş xüsusi konsert keçiriləcək. Onun ifası ilə yaddaşlara həkk olunmuş mahnılar byAmrakhov orkestrinin müşayiəti ilə canlı vokal ifasında səslənəcək.

İlk notlarından tanınan melodiyalar, sevgi və həsrət dolu mahnılar, illər keçsə də doğmalığını itirməyən musiqi… Bu axşam Müslüm Maqomayevin repertuarının romantik və təntənəli səhifələrini bir proqramda birləşdirəcək.

Orkestrin zəngin səslənişi və vokal ifanın ifadəliliyi tanış mahnıların duyğularını və hekayələrini dinləyiciyə çatdıracaq. Yüzlərlə şamın isti işığı və Beynəlxalq Muğam Mərkəzinin özünəməxsus atmosferi bu musiqi görüşünə xüsusi ab-hava bəxş edəcək.

Sevdiklərinizlə birlikdə nəsilləri birləşdirən mahnıları yenidən dinləməyə və xatirələrlə dolu bir axşam yaşamağa dəvətlisiniz.

  • 🎶 Müslüm Maqomayevin repertuarından seçilmiş mahnılar
  • 🎻 byAmrakhov orkestri
  • 🎙️ Canlı vokal ifası
  • 🕯️ Yüzlərlə şamın əhatəsində
  • 🏛️ Beynəlxalq Muğam Mərkəzi