Konsert haqqında
Bəzi musiqilər qulaqla deyil, hisslə dinlənilir.
1 noyabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Ludovico Einaudinin dünyaca məşhur əsərlərinə həsr olunmuş xüsusi konsert gecəsi keçiriləcək.
Einaudinin sakit, dərin və emosional melodiyaları byAmrakhov Orchestra tərəfindən canlı ifada, yüzlərlə şamın yaratdığı xüsusi işıq atmosferində səslənəcək.
Experience, Nuvole Bianche, Una Mattina, Divenire, I Giorni və digər sevilən əsərlər bu gecə sadəcə ifa olunmayacaq — onların yaratdığı hissi daha yaxından yaşamaq mümkün olacaq.
Zəif şam işığı. Canlı orkestrin ilk notları. Einaudinin tanış melodiyaları.
Gündəlik həyatın səs-küyündən uzaqlaşıb bir saatlıq musiqiyə tamamilə qərq olmaq üçün xüsusi bir axşam.
- 🎹 Ludovico Einaudinin ən sevilən əsərləri
- 🎻 byAmrakhov Orchestra
- 🕯️ Yüzlərlə şamın işığında
- 🏛️ Beynəlxalq Muğam Mərkəzi
Digər konsertlər

17 oktyabr · 19:00
Golden Era of Azerbaijani Music

17 oktyabr · 21:00
Muslim Magomayev

18 oktyabr · 19:00
Ballet Gala

18 oktyabr · 21:00
Waltz, Tango & Flamenco

30 oktyabr · 19:00
Romantic Orchestra and Saxophone

30 oktyabr · 21:00
Orchestral Sax and Vocal Jazz Nights

1 noyabr · 21:00
The Sound of Turkish Cinema
