Konsert haqqında
Azərbaycan musiqisinin qızıl dövrü — canlı orkestr ifasında, şamların sehirli işığında
17 Oktyabr axşamı Beynəlxalq Muğam Mərkəzi Azərbaycan musiqisinin ən parlaq dövrünə həsr olunmuş xüsusi konsertə ev sahibliyi edəcək. Nəsillərin sevə-sevə dinlədiyi, radiodan, vallardan və ailə məclislərindən tanıdığımız mahnılar byAmrakhov orkestrinin ifasında yenidən səslənəcək.
Bu, Azərbaycan mahnısının zərifliyi, lirikası və milli ruhu ilə bütün Şərqdə tanındığı bir dövr idi. Böyük bəstəkarların yaratdığı və unudulmaz ifaçıların səsi ilə yaddaşlara yazılan melodiyalar bu gün də doğmalığını və təravətini itirməyib.
Konsert proqramı həmin dövrün ən sevilən əsərlərini bir axşamda birləşdirir: sevgidən, Bakıdan, vətəndən və həsrətdən danışan mahnılar orkestrin zəngin səslənməsində yeni rənglərlə canlanacaq. Yüzlərlə şamın isti işığı və Beynəlxalq Muğam Mərkəzinin özünəməxsus atmosferi isə dinləyicini o illərin ab-havasına aparacaq.
Sevdiklərinizlə birlikdə Azərbaycan musiqisinin qızıl səhifələrini yenidən vərəqləməyə və nostalji dolu bir axşam yaşamağa dəvət edirik.
- 🎼 Azərbaycan musiqisinin qızıl dövrünün sevilən mahnıları
- 🎻 byAmrakhov orkestri
- 🕯️ Yüzlərlə şamın işığında
- 🏛️ Beynəlxalq Muğam Mərkəzi







